Rəşad Sadıqovun belə işi də varmış - Kim bu məlumatı oxusa, biləcək ki…

14:40 Zirə 162
Rəşad Sadıqovun belə işi də varmış - Kim bu məlumatı oxusa, biləcək ki…

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas onlayn şahmat oynamağı ilə gündəmə gəlib.

Gənc qrossmeyster Aydın Süleymanlı litvalı mütəxəssisin şahmat platformasındakı nəticəsini sosial şəbəkə hesabında paylaşaraq, onunla bağlı maraqlı fikrini bölüşüb.

“İndi başa düşürük, niyə həmişə bir gediş qabaqdadır” - deyə, Süleymanlı yazıb.

Dambrauskasın Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytında 1833 reytinq xalı var. Bu göstərici ən yaxşı həvəskar səviyyə hesab olunur.

Amma… Baltikalı çalışdırıcı bu siyahıda yer alan yeganə futbol adamı deyil.

”Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da onlayn şahmat oynamaq bacarığında nəinki ondan geri qalır, hətta üstələyir də.

Qəsəbə təmsilçisinin sükançısı bir neçə ildir bu idman növünə böyük maraq göstərir və 1830-dan çox reytinq xalı toplayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti