Premyer Liqa təmsilçisi bu anlaşmadan görün, nə qədər gəlir əldə etdi!

17:40 Zirə 232
Premyer Liqa təmsilçisi bu anlaşmadan görün, nə qədər gəlir əldə etdi!

“Zirə”nin Yeqor Boqomolskini icarəyə verməsindən məlumatlısız.

Ötən ildən "Zirə"nin formasını geyinən 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla, cari mövsümün sonuna kimi Rusiyada - “Ural”da çıxış edəcək.

”Sabah”dan yaxşı tanıdığımız Vasili Berezutskinin çalışdırdığı “arılar” 4 aylıq icarə üçün ”Zirə”yə kifayət qədər yüksək ödəmə edəcək.

”Qartallar”ın ona görə büdcəsinə daxil olacaq məbləğ 70 min dollardır.

Ötən üç mövsümü ”Neftçi”də keçirmiş, 2025-cü ilin yayında qəsəbə təmsilçisi ilə 2 illik müqavilə bağlamış belaruslu Rusiyanın birinci liqasında özünü isbatlaya bilsə, ”Ural” onun birdəfəlik transferi üçün 120 min dollardan artıq təzminat ödəyəcək.

Yeqor 3 iyun 2000-ci ildə Minskdə anadan olub. 2019-cu ilin aprelində Minsk “Dinamo”sunun əsas komandasında “Torpedo” ilə derbidə debüt edib.

Daha sonra “Dinamo-Brest”, “Rux”, “Minsk” və “Neftçi”də oynayıb. Belarus millisinin heyətində 6 oyun keçirib.

SPORTİNFO.AZ

Premyer Liqa təmsilçisi hücunçusunu icarəyə verdi - Rusiya klubuna

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti