“Zirə” Yeqor Boqomolskini icarəyə verib.
Klubun mətbuat xidməti Sportinfo.az-ən günlər öncə yaydığı məlumatı az öncə rəsmən açıqlayıb.
Ötən ildən "Zirə"nin formasını geyinən 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi Rusiyada - “Ural”da çıxış edəcək.
"Ural"ın mətbuat xidməti də açıqlama yayaraq, Yeqor Boqomolskinin cari mövsümün sonuna qədər “arılarda” icarə əsasında çıxış edəcəyini bildirib.
“Yegor 3 iyun 2000-ci ildə Minskdə anadan olub. 2019-cu ilin aprelində Minsk “Dinamo”sunun əsas komandasında “Torpedo” ilə derbidə debüt edib.
Daha sonra “Dinamo-Brest”, “Rux”, “Minsk”, “Neftçi” klublarında oynayıb. Hücumçu cari mövsümün ilk hissəsini “Zirə”də keçirib.
Yeni üzvümüzün milli komanda təcrübəsi də var - Belarus millisinin heyətində o, altı oyun keçirib”, — deyə “Ural”ın mətbuat xidməti qeyd edib.

