“Oynamaq istəyirdim, ehtiyatda oturmaq ağır idi” – Başına gələnləri danışdı

17 Fevral 23:00 Zirə 115
“Oynamaq istəyirdim, ehtiyatda oturmaq ağır idi” – Başına gələnləri danışdı

Bir neçə gün öncə “Sabah”ı “Zirə”yə dəyişən Anatoli Nuriyev yeni komandasında debüt etdi.

Azərbaycan millisinin də şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçi “Karvan-Yevlax”la görüşün ikinci yarısında meydana çıxmaqla komandasına kömək etməyə çalışsa da, oyun təcrübəsinin azlığından əziyyət çəkdiyi aşkar görünürdü.

Anatoli Sportinfo.az-a verdiyi müsahibədə 3,5 il şərəfini qoruduğu “Sabah”dan ayrılmasından, hazırkı durumundan, eləcə də Azərbaycan millisinin Millətlər Liqasındakı rəqiblərindən danışıb.

- “Zirə”də ilk oyun və ilk qələbə. Təbrik edirəm.

- Diqqətinizə görə təşəkkür edirəm.

- Özünü necə hiss edirsən?

- Təxminən 3 aylıq fasilədən sonra bir az çətindir. Düzdür, 5-10 dəqiqə oynadığım matçlar olub. Lakin bu, ideal formada qalmağa bəs edir. Allahın köməkliyi ilə get-gedə formamı bərpa edib, daha yaxşı olmağa çalışacağam.

- “Sabah”dan ayrılığın necə baş verdi?

- Qaydalara tam uyğun olaraq. Öncə “Sabah”la məsələni yoluna qoyub sağollaşdım, daha sonra “Zirə” ilə anlaşdım.

- Soruşmaq istədiyim budur ki, niyə ayrıldın? Nə baş verdi?

- Komanda ideal forma yığıb və yaxşı nəticələrlə irəliləyir. Mənim mövqeyimdə yerlər dolub, iki nəfər mütəmadi oynayır. Komanda uğurlu çıxış edəndə, heyəti dəyişmirlər. Ona görə də buna normal yanaşıram. Mən hər zaman üzərimə düşəni etmişəm. Məşqlər, intizam, şans qazandığım oyunlarda can qoymağım – hamısı yerində olub. Əsas heyətdə yer qazanmaq üçün hər zaman əlimdən gələni edirdim, lakin alınmadı. Edəcək bir şey yoxdur. “Sabah”a hər şeyə görə təşəkkür edirəm və uğurlar arzulayıram.

- “Sabah” mövsümün sonunda çempion olsa, komandanı tərk etdiyinə görə peşmanlıq yaşamayacaqsan?

- Buna ancaq sevinə bilmərəm. 3 il yarım keçirdiyim komandanın uğur qazanması məni sevindirər. Onsuz da gec-tez müqaviləmin müddəti başa çatacaqdı və ayrılacaqdım. Ona görə də təəssüflənəcək heç nə görmürəm. Allahın köməkliyi ilə “Zirə”də işlərim yaxşı gedər. “Sabah”a isə uğurlar arzulayıram.

- Belə başa düşürəm ki, “Sabah”dan ayrılmaq öz istəyin olub, sənə heç kim qapını göstərməyib.

- Bəli, belə demək olar. Başa düşürəm, komanda qələbələr qazanır, heyət oturuşub. Ancaq mən oynamaq istəyirdim, ehtiyatda oturmaq ağır idi. Daha çox oynamaq istəyirdim. Ayrılmaqla bağlı özüm xahiş etdim.

- Baş məşqçi Rəşad Sadıqov mətbuat konfransında keçidinlə bağlı “Sabah”dan xahiş etdiklərini dedi.

- Düzdür, “Zirə” də müraciət etdi. Ancaq buna qədər özüm rəhbərliyə yaxınlaşıb getmək istədiyimi bildirmişdim. Əvvəl qalmağımı istədilər, icazə vermədilər. Azərbaycanda başqa klubda oynamağıma isti yanaşmırdılar. Yekunda ortaq məxrəcə gəldik.

- Başqa variantlar var idi?

- Müəyyən söhbətlər olmuşdu. Lakin bu barədə danışmayacam

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar