Misli Premyer Liqasının 20-ci turu çərçivəsində “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edib.
Sportinfo.az xəbər verir ki, görüşü izləyənlər arasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da yer alıb.
Mütəxəssis qarşılaşmanı köməkçisi Ağabala Ramazanovla birgə izləyib.
Sadıqovun Şamaxıya səfər etməsi səbəbsiz deyil. Belə ki, “Zirə” növbəti turda “Turan Tovuz”la qarşılaşacaq.
R.Sadıqov da məhz bu səbəbdən vacib qarşılaşma öncəsi Tovuz klubunun oyununu canlı izləmək qərarına gəlib.
Avrokuboklar mübarizəsi baxımından mühüm əhəmiyyət kəsb edən “Turan Tovuz” - “Zirə” görüşü fevralın 20-də “Azərsun Arena”da keçiriləcək. Qarşılaşma 17:00-da start götürəcək.

