Rəşad Sadıqov nə istədiyini çəkinmədən dilə gətirdi - VİDEO

08:40 Zirə 129
Rəşad Sadıqov nə istədiyini çəkinmədən dilə gətirdi - VİDEO

“Zirə” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Karvan-Yevlax”ı qəbul edib.

Sportinfo.az xəbər verir ki 1:0 hesabı ilə qalib gələn “qartallar”ın baş məşqçisi Rəşad Sadıqo oyunun gərgin keçdiyini bildirib:

“Gərgin oyun keçdi, belə də gözləyirdik. Bilirdik ki, “Karvan-Yevlax” hər oyun ölüm-qalım mübarizəsi kimi çıxır.

Standart vəziyyətdən fərqləndik. Oyunun sonlarında rəqibin təzyiq, qol vəziyyətləri yaratmasına imkan vermədik. V

acib olan bu idi. Qələbə qazandıq. Futbolçularımı təbrik edirəm.

Konatenin zədəsi çəkəcək. “Sumqayıt”la matçda da Mikels zədələndi. Məyusedicidir, amma çalışırıq ki, hiss etdirməyək.

İstəyimiz odur ki, avrokuboklara vəsiqə qazanaq. Bu il rəqabət bir az fərqlidi. İki komanda çempionluğa oynayır.

Hər ikisi çox yaxşı komandadır. Biz də çalışırıq ki, bu il də ölkəmizi avrokuboklarda təmsil edək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 08:50 Liqa klubunda ayrılıq