“Zirə”nin Anatoli Nuriyevi heyətinə qatması məlumdur.
29 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Millimizin də üzvü olan Nuriyev daha əvvəl Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, ölkəmizdə isə “Sumqayıt” və “Sabah”da çıxış edib.
O, 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. Komandanın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.
Anatoli Masazır təmsilçisini bir səbəbdən tərk edib - az şans qazanırdı. Mövqeyində rəqabət güclü olduğu üçün çox vaxt ehtiyatda qaldığından, oynamağı seçdi.
Yəni, onun «Zirə»yə üz tutmasında maddi amil heç bir rol oynamayıb.
«Bayquşlar»dan hər ay 12 min dollar maaş aldığı halda, «qartallar» ona 2-3 min dollar aşağı əməkhaqqı verəcək.
SPORTİNFO.AZ

