Şortlarını dəyişik geyindilər, “Zirə”dən 1000 manat aldılar

02:30 Zirə 51
Şortlarını dəyişik geyindilər, “Zirə”dən 1000 manat aldılar

AFFA Misli Premyer Liqasının 19-cu turu ilə bağlı cərimə və cəzaları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Turun ən böyük cəriməsi “Araz-Naxçıvan” klubuna kəsilib. Fevralın 8-də keçirilən “Sabah” – “Araz-Naxçıvan” oyunu Naxçıvan təmsilçisinin meydana gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib.

Həmin qarşılaşmada “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub daha 700 manat, ev sahibi “Sabah” isə Əsasnamənin tələblərini pozduğuna görə 1000 manat cərimə olunub.

“Zirə” fevralın 8-də “Sumqayıt”la keçirilən matçda 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə 1500 manat cəriməyə məruz qalıb.

Fevralın 10-da baş tutan “Şamaxı” – “Qarabağ” qarşılaşmasında Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Eyni zamanda, azarkeşlər tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılanacaq.

“Neftçi” – “Qəbələ” matçının 90+1-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu isə 500 manat cərimə edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!