“Neftçi”dən gəlmiş hücumçu ruslara icarəyə verildi - SON DƏQİQƏ

12 Fevral 15:09 Zirə 2 246
“Neftçi”dən gəlmiş hücumçu ruslara icarəyə verildi - SON DƏQİQƏ

“Zirə”də bu gün heç kimin indi düşünmədiyi ayrılıq gerçəkləşib.

“Qartallar“ ötən ilin iyununda sıralarına qatdığı Yeqor Boqomolski ilə vidalaşıb.

Qəsəbə təmsilçisi belaruslu hücumçunu “Ural“a icarəyə verib. O, mövsümün ikinci hissəsini Rusiyanın birinci liqasında keçirəcək.

Zirə qəsəbəsinin eyniadlı komandası yayda sözügedən forvardı “Neftçi“dən sıralarına qatıb.

26 yaşlı forvard 3 il formasını geyindiyi “ağ-qaralar“la vidalaşaraq, “Zirə“ ilə 2 illik müqavilə imzalayıb.

Boqomolski karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo” (Brest), “Rux” və “Minsk”də də çıxış edib.

Onun “Zirə“nin ümidlərini doğrultduğunu demək olmaz.Premyer Liqanın 19 turu ərzində cəmi 1 dəfə fərqlənən ön xətt oyunçusu gözləntilərin çox-çox gerisində qalıb.

Odur ki, “qartallar“ın ona görə aldığı təklifi dəyərləndirməsi tamamilə doğrudur Xeyri yoxdursa, qoy, ziyanı da olmasın.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA