Rəşad Sadıqovun XİLASKARI - O, qaldığı yerdən davam edir

19:00 Zirə 120
Rəşad Sadıqovun XİLASKARI - O, qaldığı yerdən davam edir

"Zirə" 5 oyunluq qələbə həsrətinə Sumqayıtda son qoydu.

"Qartallar" çətin səfərdə "Sumqayıt"ı məğlub etməyi bacardı - 3:2.

Zəfərdə əsas pay sahiblərindən biri Davit Volkov oldu.

Gürcüstanlı legioner baxımlı qollar matçda hesabı açdı.

Ümumiyyətlə, 30 yaşlı forvard meydanda olanda "Zirə" tam başqa olur.

Daha inamlı, daha məhsuldar.

O, ötən ilin sentyabr ayında "İmişli" səfərində vurduğu qolla komandasına 1 xal qazandırmışdı.

Məhz həmin görüşdə ağır zədə alan 9 nömrə nə az, nə çox 4 ay yaşıl meydanlardan uzaq qalmalı oldu.

Ötən tur "Sabah"la görüşdə uzun aradan sonra 62-ci dəqiqədə meydana daxil oldu və 20 dəqiqə sonra "Zirə"nin təsəlli qolunu vurdu.

Ardınca Sumqayıtdakı qələbədə adını tabloya yazdırdı.

Qolla getmişdi, qolla qayıtdı.

Təsəvvür edin də, 4 ay rəsmi oyunlara çıxmayan Volkov 4 qolla komandasının ən məhsuldar oyunçusudur.

Əbəs deyil ki, baş məşqçi Rəşad Sadıqov bir neçə dəfə mətbuata açıqlamasında Volkovun yoxluğunu ciddi itki kimi göstərirdi.

O da qayıdan kimi təcrübəli mütəxəssisin üzünü ağ etməkdədir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti