Bu hücumçu üçün danışıq aparan yeganə klub “Zirə”dir?

11 Fevral 12:40 Zirə 2 517
Bu hücumçu üçün danışıq aparan yeganə klub “Zirə”dir?

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun klubu “Motor”dan ayrılmaq ehtimalı hələ də gündəmdədir.

Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı forvard ölkəmizə qayıdacaq. Renatın formasını geyinməyə ən yaxın komanda “Zirə” göstərilir.

Bildirilir ki, hazırda həm “Motor” rəhbərliyi, həm də futbolçunun özü ilə rəsmi danışıq aparan yeganə klub məhz “Zirə”dir.

Lublin təmsilçisi millimizin üzvünü transferə çıxardığından, onun müəyyən məbləğ qarşılığında “Zirə”yə keçidinə mane olmayacaq.

Renat Dadaşovun “Motor”la müqavilə müddəti bu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM