"Qarabağ" və "Sabah"dan çəkinmədi: "Sona qədər davam edəcəyik"

19:00 Zirə 208
"Qarabağ" və "Sabah"dan çəkinmədi: "Sona qədər davam edəcəyik"

"Zirə"nin qələbə həsrəti Sumqayıtda başa çatdı - 3:2.

"Qartallar" Giorgi Papunaşvilinin son dəqiqələrdə vurduğu qolla aktivinə növbəti 3 xalı yazdıra bildi.

Buna qədər isə Rəşad Sadıqovun komandası ardıcıl 5 oyunda Premyer Liqada qələbə qazana bilmirdi.

Bu səbəbdən "qartallar" ilk ik pillədə bir xeyli uzaq düşüb. Kollektiv lider "Sabah"dan 14 xal, ikinci pillədə qərarlaşan "Qarabağ"dan isə 10 xal geri qalır.

Avrokuboklara vəsiqə verən 3 və 4-cü yerlər uğurunda isə amansız mübarizə gedir.

Burada "Sumqayıt", "Turan Tovuz", "Araz-Naxçıvan" və "Neftçi" kimi rəqiblər var.

Belədə uzun aradan sonra hətta avrokuboklardan kənarda qalmaq təhlükəsi belə var.

Amma Sportinfo.az-a açıqlama verən "Zirə"nin təcrübəli qapıçısı Aydın Bayramov fərqli düşündüyünü deyib:

"Xeyr. Heç bir narahatlıq keçirmirik. Ötən mövsüm də buna bənzər vəziyyət idi.

Yuxarı pillələr ilə aramızda 13 xallıq fərq vardı.

Bu fərqi aradan qaldırdıq, hətta sona 3 tur qalmış ikinci pilləni də özümüz üçün təmin etdik.

Futbolda hər şey ola bilər. Sona qədər mübarizəni davam etdirəcəyik".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti