“Zirə”yə sadiq 4 nəfər: Onlar diqqətdən kənarda qalmadı - FOTO

02:10 Zirə 73
“Zirə”yə sadiq 4 nəfər: Onlar diqqətdən kənarda qalmadı - FOTO

Dünən Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verildi.

Açılış matçında Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yerli “Sumqayıt”la “Zirə” üz-üzə gəldi.

Sportinfo.az xəbər verir ki, 0:0 hesabı ilə yekunlaşan görüşdə bir məqam da xüsusi diqqət çəkdi: boş tribunalar.

Düzdür, təəssüf ki, bu, futbolumuzda görməyə adət etdiyimiz bir durumdur. Bir tərəfdən də dünən ölkə ərazisində havanın soyuması da azarkeş amilinə mənfi təsirini göstərmişdi. Rəsmi protokolda matça 400 tamaşaçının baxdığı qeyd olunur.

Həmin 400 nəfər arasında isə 4 nəfər ayrıca diqqət çəkdi. Onlar qonaq komanda “Zirə”nin azarkeşləri idilər.

Havanın kəskin dəyişməsi və saylarının az olması bu azarkeşlərə səfər matçında sonadək komandalarının yanında olmasına mane olmadı. Onlar 90 dəqiqə “Zirə”yə dəstək verdilər.

Afərin!

Yeri gəlmişkən, “Zirə” klubu sosial şəbəkə hesablarında həmin azarkeşlərin şəklini paylaşaraq onlara dəstəkləri üçün təşəkkür edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!
5 Fevral 04:30 "Neftçi" buna sevindi