Rəşad Sadıqovun iki problemi

5 Fevral 22:20 Zirə 129
Rəşad Sadıqovun iki problemi

Köhnə ildən yığılıb qalan problemlər bu gün də «Zirə»nin yaxasını buraxmayıb.

Rəşad Sadıqovun axırıncı dəfə belə sıxıntılarla üz-üzə qalması yadıma gəlmir.

Allah belə «zədə ziyafəti»ni heç kimə nəsib eləməsin!

Bu sarıdan vəziyyət nisbətən öz axarına düşməyənə qədər Sadıqov dualarının sayını azaltmamalıdır.

Davit Volkov gec döndü sıraya. Dörd ay bir futbolçu üçün uzun müddətdir. Gürcüstanlı hücumçu qayıdışını təsəlli qoluyla qeyd etdi.

Volkov tam hazır olsaydı, Sadıqov onu «Sabah»a qarşı ilk dəqiqələrdən oynadardı.

Yalnız son yarım saatı meydanda keçirən Volkov irəli xətt üçün necə bir əhəmiyyətli fiqur olduğunu isbatladı.

Əşşi, Yeqor Boqomolski hara, o, hara! Belaruslu il çempionatın liderinin qarşısına çıxırsansa, hələ ilk hissədə qapısında 3 cavabsız qol görməyinə təəccüblənməməlisən.

Müdafiəçilərin bir gözü daim hücumçularındadır. Onun qol epizodlarını qaçırması istər-istəməz birinci zonaya məsul oyunçuların psixoloji durumunu sarsıdır.

Volkovu əvəzləyə bilən biri olsaydı, «Zirə» noyabrdan bəri qələbə intizarı çəkməzdi.

Əlqərəz, burada iki problem var - zədəlilərin çoxluğu və «dişsiz» ön xətt.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!
5 Fevral 04:30 "Neftçi" buna sevindi