Orxan Məmmədov: “Biz bu inkişafı bir gün də millimizdə görəcəyik”

20:00 Zirə 276
Orxan Məmmədov: “Biz bu inkişafı bir gün də millimizdə görəcəyik”

«Azərbaycan çempionatında güclü rəqabət var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin Müşahidə Şurasının sədri Orxan Məmmədov deyib.

12 ilə yaxındır ölkənin futbol həyatına xidmət edən təcrübəli idarəçi Premyer Liqada medallar uğrunda gərgin mübarizənin getdiyini bildirib.

O. yarışın səviyyəsinin millinin inkişafına da müsbət təsir göstərəcəyinə inamını ifadə edib:

«Ola bilər ki, əvvəlki illərdə çempionluğa iddialıların sayı az olub. Lakin ikinci, üçüncü və dördüncü yerlərə iddia edən komandalar çoxdur.

Ancaq bu mövsüm görürük ki, artıq birinci-ikinci yerlər uğrunda rəqabət var. Bunlar inkişafın nəticəsidir.

Əminəm ki, biz bu inkişafı bir gün də millimizdə görəcəyik.

İnanıram ki, o günlər uzaqda deyil, biz ölkəmizin əsas komandasını dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edən görəcəyik».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti