SON DƏQİQƏ: “Zirə”də gözlənilməz ayrılıq baş verdi

2 Fevral 15:00 Zirə 2 573
SON DƏQİQƏ: “Zirə”də gözlənilməz ayrılıq baş verdi

Avrokuboklar uğrunda mübarizə aparan “Zirə”də ayrılıq yaşanıb.

"Qartallar” Fuad Bayramovla yolları ayırmaq qərarına gəlib.

27 yaşlı solaxay müdafiəçi karyerasını Premyer Liqada yox, I Liqada davam etdirəcək.

O, elitaya yüksəlməyə iddialı “Mingəçevir”lə anlaşıb.

Klublar arasındakı razılaşmaya əsasən, Fuad bölgə təmsilçisində mövsümün sonuna qədər icarə əsasında top qovacaq.

Maraq üçün bildirək ki, Fuad Bayramovun “Zirə” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM