“Sabah”a sübut etməliyik ki...” - Almaniyalı inamlı danışdı

15:00 Zirə 109
“Sabah”a sübut etməliyik ki...” - Almaniyalı inamlı danışdı

ıBu gün diqqətlər Zirədə olacaq.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan qəsəbənin eyniadlı təmsilçisi çempionluğu hədəfləyən “Sabah”ı qəbul edəcək.

Hər kəsin maraqla gözlədiyi qarşılaşmada qeydə alınacaq nəticə turnir cədvəlində gərginliyi artıra bilər.

Sportinfo.az-a açıqlama verən “Zirə”nin almaniyalı hücumçusu Leroy Mikels görüşlə bağlı fikirlərini dilə gətirib:

“Hazırda “Sabah” çox yaxşı formadadır. Əlbəttə, hər iki komanda üçün çətin olacaq.

Ümid edirəm ki, yekun nəticə bizi sevindirəcək. İlk dövrədəki 0:3 hesablı məğlubiyyəti unutmamışıq.

Sübut etməliyik ki, həmin gün bizim günümüz deyildi və bu, sadəcə qəza idi. Bunu daha aqressiv və istəkli oynamaqla edə bilərik.

Bu mövsümdə cəmi 2 dəfə uduzmuşuq, 1-i “Sabah”la oyunda olub. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Zirə İdman Kompleksinun meydanında baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!