“0:3-ü unutmamışıq”

29 Yanvar 23:00 Zirə 129
“0:3-ü unutmamışıq”

18-ci turun mərkəzi qarşılaşması Zirədə baş tutacaq.

Çempionluğa iddialı “Sabah” qəsəbədəki İdman Kompeksinin meydanında əsas rəqiblərindən olan “Zirə”nin qonağı olacaq.

Son illərdə bu komandalar arasındakı oyunların maraqla izlənilməsi və hər ikisinin avrokubokların mütəmadi iştirakçısı olması intriqanı artırır.

Əsas prinsipiallıq isə “Sabah”ın ilk dövrədə “Zirə”nin qapısından 3 cavabsız top keçirməsidir.

“Qartallar”ın belaruslu hücumçusu Yeqor Boqomolski Sportinfo.az-a açıqlamasında komandasının iddiasından söz açıb:

“Sabah” son vaxtlar güclənib. Baxımlı və məhsuldar oyunla qələbələr qazanırlar.

Belə baxanda, 7-8 komandanın gücü təxminən bir-birinə yaxındır. İlk oyundakı 0:3-ü unutmamışıq.

Meydana yalnız və yalnız qələbə üçün çıxacağıq. Komandamızın gücü məqsədimizə nail olmağa kifayət edir.

Fikrimcə, azarkeşlər üçün maraqlı qarşılaşma olacaq”.

Yanvarın 31-də Zirə İdman Kompleksinin meydanın gerçəkləşəcək qarşılaşma saat 17:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?
29 Yanvar 03:20 “Liverpul”SOU - VİDEO
29 Yanvar 03:00 “Zövq aldım" - Medina
29 Yanvar 01:50 "Qarabağ"dan 0:6