«Səbrli olmaq və məşyçiyə etimad göstərmək vacib məsələdir».
«Zirə»nin Müşahidə Şurasının sədri Orxan Məmmədov Sportinfo.az-a açıqlamasında belə deyib.
O, 2020-ci ilin yayından bəri komandanı çalışdıran Rəşad Sadıqovun ötən mövsülərdəki fəaliyyətini yüksək qiymətləndirib.
Klubun rəhbəri bildirib ki, millinin və «Qarabağ»ın sabiq kapitanı yeni iş yerində bütün ümidləri doğruldub:
«Biz Rəşad Sadıqovun futbolçu kimi çıxışını izləmişdik. Bilirdik ki, o, nəinki meydanda, komandanın paltardəyişmə otağında da lider idi.
İnanırdıq ki, baş məşqçi kimi nəticələri olacaq. Çünki Rəşad Sadıqov futbolçularla ünsiyyət qura, liderlik keyfiyyətlərini ortaya qoya bilir.
Sadəcə, bizə yalnız səbrli olmaq və təmkinli davranmaq qalırdı. Biz bunu etdik və nəticəsini də gördük.
Ümumiyytlə, düşünürəm ki, nəinki «Zirə»də, bütün klublarda məşqçilərə kifayət qədər vaxt verilməlidir. Rəhbərliyin də işi odur ki, onun fəaliyyətini görsün, hiss eləsin.
İlk vaxtlardan görürdük ki, komandamızda iş düzgün məcrada gedir. Rəşad Sadıqovun uğur qazanması üçün çox gözləmək lazım gəlmədi.
İki dəfə Premyer Liqada ikinci yeri tutduq, iki dəfə ölkə kubokunda final oynadıq, Konfrans Liqasının pley-off mərhələsinə yüksəldik.
Hesab edirəm ki, büdcəmizi nəzərə alsaq, bütün bunları və böyük uğurlardır».

