Orxan Məmmədov: “Mən həmişə məşqçilərə və futbolçulara deyirəm ki…”

19:00 Zirə 298
Orxan Məmmədov: “Mən həmişə məşqçilərə və futbolçulara deyirəm ki…”

«Hamıya məlumdur ki, bizim elə də böyük büdcəmiz yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin Müşahidə Şurasının sədri Orxan Məmmədov deyib.

2015-ci ildən Premyer Liqada mübarizə aparan klubun rəhbəri bildirib ki, ötən illərdə qazanılan uğurlu nəticələrin çox ciddi səbəbi var.

Sitat:

«Mən sizin sayt vasitəsilə sponsorların hər birinə təşəkkür edirəm. Əsas odur ki, son illər dəyişməyən sponsorlarımız var.

Eyni zamanda, digər klubların büdcəsi də hər kəsə bəllidir. Ona görə də hesab edirəm ki, büdcəmizi nəzərə alsaq, kifayət qədər böyük işlər görmüşük.

Bu, göstərir ki, düzgün iş, zəhmət, məşqçi heyətinin düzgün seçilməsi, onların futboçlulara düzgün yanaşması mövcud uğuru təmin edib.

Mən daim oyunçu heyəti ilə, məşqçilərlə görüşlərdə qeyd edirəm ki, bir ailə olaraq fəaliyyət göstərmək lazımdır. Yalnız belə olduğu təqdirdə, böyük işlər görmək mümkündür. Əsas məsələ budur».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti