"Zirə" iki dəfə fərqləndi, udan Ukrayna klubu oldu - FOTOLAR

16:40 Zirə 249
"Zirə" iki dəfə fərqləndi, udan Ukrayna klubu oldu - FOTOLAR

"Zirə" Antalya toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası əvvəlcə Ukraynadan "Oleksandriya" ilə üz-üzə gəlib.

Oyun "Zirə"nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. "Zirə"nin qollarını Yeqor Boqomolski (29) və Ceyhun Nuriyev (54) vurub.

"Oleksandriya" Ukrayna Premyer Liqasında 16 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

"Zirə" günün 2-ci və Antalya toplanışı çərçivəsində sonuncu matçında isə Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. "Bohemians 1905" Çexiya çempionatında 19 turdan sonra 19 xalla 12-ci pillədədir.

Qeyd edək ki, "Zirə" ilk sınaq matçında Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti