"Zirə" Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək

16 Yanvar 12:40 Zirə 499
"Zirə" Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək

"Zirə" Antalya toplanışı çərçivəsində bu gün daha iki yoxlama oyunu keçirləcək.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası əvvəlcə Ukraynanın "Oleksandriya" klubu ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

"Oleksandriya" Ukrayna Premyer Liqasında 16 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

"Zirə" günün 2-ci və Antalya toplanışı çərçivəsində sonuncu matçında isə Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. "Bohemians 1905" Çexiya çempionatında 19 turdan sonra 19 xalla 12-ci pillədədir.

"Zirə" ilk sınaq matçında Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar