“Zirə” qış fasiləsində ilk transferi gerçəkləşdirdi.
Mövsümün ilk yarısında Xorvatiyada ("Varajdin") legioner həyatı yaşamış Rüfət Abdullazadə qarşıdakı 5 ayda “qartallar”ın şərəfini qoruyacaq.
Klub məlum keçid barədə anons versə də, Rüfət Türkiyə toplanışına aparılmayıb.
24 yaşlı cinah yarımmüdafiəçisi “Zirə-2”nin məşqlərində iştirak edir.
Komandanın bu gün Bakı Olimpiya stadionunda baş tutan məşqində Abdullazadə “Sportinfo”nun kamerasının obyektivinə tuş gəlib.
Azərbaycan və Türkiyə dövlətləri arasında viza rejiminin olmadığını nəzərə alsaq, sənədlə bağlı problem ağlabatan deyil.
Yox, çətinlik Rüfətin fiziki durumu ilə bağlıdırsa, Türkiyəyə aparıb, orada fərdi məşq keçməsini təmin etmək olmazdı?
HƏBİB

