Gürcüstan yığmasının hücumçusu Premyer Liqa komandasına nə zaman qoşulacaq?

13 Yanvar 09:40 Zirə 1 394
Gürcüstan yığmasının hücumçusu Premyer Liqa komandasına nə zaman qoşulacaq?

Gürcüstan yığmasının hücumçusu Davit Volkov «Zirə»ni sevindirib.

Dörd ay öncə ayağından ağır zədə alan və bu müddətdə meydana çıxa bilməyən legioner bir həftə sonra geri döencək.

«İmişli» ilə Premyer Liqanın ilk dövrəsinə təsadüf edən səfər matçında sıradan çıxan forvard artıq sağalıb.

Sadəcə, həkimlər ona bir neçə gün də gözləməyi məsləhət görüb.

O, növbəti həftədən fərdi məşqlərə başlayacaq. Volkovun komandaya qoşulması isə yanvarın son həftəsində gerçəkləşəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM