“Bəzi oyunlarda itirdiyimiz vacib xallar olmasaydı, daha çox xal toplaya bilərdik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Brahim Konate deyib.
Fransalı legioner Premyer Liqanın geridə qalan 16 turunu və turnir cədvəlindəki mövqeyini necə qiymətləndirir?
Onun cavabını eşidək:
“Rəqiblərin adına və nəticələrinə baxsaq, nəticələrimiz heç də pis deyil. Hazırda “Sabah”la “Qarabağ”dan geri qalırıq ki, hər ikisi güclü komandadır.
Əsl mübarizə qış fasiləsindən sonra olacaq. İnşallah, daha yaxşı “Zirə” görəcəyinizə ümid edirəm”..

