Rəşad Sadıqov braziliyalılara tapşırıq verdi

1 Fevral 2025 20:40 Zirə 1 158
Rəşad Sadıqov braziliyalılara tapşırıq verdi

Premyer Liqanın 21-ci turunda “Qarabağ”la üz-üzə gələcək “Zirə”nin bəzi futbolçuları diqqətli olmalıdır.

"Qartallar”ın üç futbolçusu cəza sərhəddindədir.

Bunlar Eldar Quliyev, Ruan Renato və Rafael Utziqdir. Çempionla qarşılaşmada növbəti “sarı”nı alacaqları halda növbəti turda “Neftçi”yə qarşı oynaya biləcəyəcəklər.

Baş məşqçi Rəşad Sadıqov xüsusən əsas heyət üzvləri sayılan emosional braziliyalılara diqqətli olmağı tapşırıb. “Neftçi”ylə duelə heç bir halda itkiylə çıxmaq olmaz.

Fevralın 2-də Zirə İdman Kompleksinin meydanında baş tutacaq oyun saat 19:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!