Azərbaycan klubunun fransızı: “Vəziyyətə düzgün reaksiya verdik”

2 Dekabr 2024 14:20 Zirə 938
Azərbaycan klubunun fransızı: “Vəziyyətə düzgün reaksiya verdik”

“Matça yaxşı başladıq, erkən qol vurduq.

Lakin sonradan rəqib hesabı bərabərləşdirdi, bu da bizə bir qədər çətinlik yaradırdı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Ayron Qomis Premyer Liqanın 15-ci turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub etdikləri oyun barədə deyib.

Fransalı yarımmüdafiəçi ikinci hissədə daha inamlı təsir bağışlamalarına belə aydınlıq gətirib:

“Fasilədən sonra daha yaxşı oynadıq, qollarımızı vurduq və qalib gəldik. Vəziyyətə düzgün reaksiya verdik.

Rəqib də yaxşı təsir bağışladı. Buna baxmayaraq, ikinci hissədə qollarımızı sıraladıq.

Yaxşı qələbə qazandıq. Bu da məni çox sevindirir”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik