"Zirə"nin müdafiəçisi bu oyundan sonra elə vəziyyətə düşdü ki... VİDEO

16 Noyabr 2024 03:30 Zirə 1 017
"Zirə"nin müdafiəçisi bu oyundan sonra elə vəziyyətə düşdü ki... VİDEO

"Zirə"nin müdafiəçisi Ange Mutsinzi Ruanda yığmasının heyətində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, onun komandası Afrika Millətlər Liqasının seçmə mərhələsində Liviya ilə qarşılaşıb.

Mutsinzi 5-ci tur çərçivəsində baş tutan oyunda 90 dəqiqə meydanda olub. Qonaqlar sona yaxın görüşün taleyini həll edən yeganə topu vurublar.

Autsayderlə görüşdə gözlənilməz məğlubiyyət Ruanda yığmasının növbəti mərhələyə yüksəlmək şansını minimuma endirib.

5 oyundan sonra 5 xal toplayan ruandalılar 3-cü pillədə qərarlaşıblar. Angenin komandası son turda Nigeriyanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM