
Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, turnir cədvəlində “qonşu” olan “Zirə” və “Qəbələ” birincilərin meydanında üz-üzə gəliblər.
UEFA Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqib sayılan komandaların dueli bol qollu alınıb.
“Qəbələ” Rafael Utziqin erkən qolu (2-ci dəqiqə) sayəsində hesabı açsa da, çox keçmədən ev sahibləri bərabərlik topunu vurublar. Dmitrios Çantakias 14-cü dəqiqədə fərqlənib.
Tərəflər ikinci hissədə də hərəyə bir dəfə rəqib qapısına yol tapıblar. Əvvəlcə Loris Broqno 57-ci dəqiqədə bakılıları önə keçirib.
Ancaq matçda son nöqtəni 77-ci dəqiqədə Felipe Santos qoyub – 2:2. Nəticədə komandalar hərəyə 1 xalla kifayətləniblər.
Hazırda “Zirə” 32 xalla turnir cədvəlinin dördüncü, “Qəbələ” isə 27 xalla beşinci pilləsində qərarlaşıb.