Qəsəbədən qəsəbəyə gözlənilməz keçid, əla başlanğıc və acı gedişat

17 Noyabr 2022 17:00 Zirə 579
Qəsəbədən qəsəbəyə gözlənilməz keçid, əla başlanğıc və acı gedişat

Başlıq "Zirə"nin yayda heyətinə qatdığı futbolçulardan biri olan Mirsahib Abbasovun qısa xronologiyasıdır.

Belə ki, ötən mövsümün sonu "Səbail"dən ayrılan hücumçunun digər paytaxt klubuna keçidi o qədər də gözlənilən olmamışdı.

Çünki Mirsahib sabiq komandasında o qədər də parlaq performans göstərə bilməmişdi.

Mövsüm ərzində 23 görüşdə forma şansı qazanan forvard cəmi 3 qol və 1 asistlə yadda qalmışdı. Ehtimal olunurdu ki, belə statistika ilə ən yaxşı halda Mahmud Qurbanovun komandasında qalacaq.

Amma gözlənilənlərin əksinə olaraq oyunçu sabiq komandasına getməyi məqsədə uyğun bildi.

Lakin arxada qalan müddət ehtimalları doğrultmadı. 29 yaşlı futbolçu arxada qalan 14 matçda cəmi 8 dəqiqə oynamaq şansı qazanıb.

İnsafən, o, bu qısa müddətli şansı dəyərləndirə bilib. Belə ki, birinci turun "Kəpəz"lə matçına (2:1) təsadüf edən həmin 8 dəqiqədə hücumçu qələbə qolunun asistini verib.

Amma sonrakı 13 turda baş məşqçi ona bir dəqiqə belə oynamaq imkanı yaratmayıb.

Təcrübəli oyunçu bütün qarşılaşmaları ehtiyat skamiyada keçirib. Onun bu müddətdə heç bir zədə və cəza almadığını da xüsusi vurğulamaq yerinə Düşər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti