“Zirə”yə lazım olmayan Təmkin Xəlilzadə və İlkin Muradovu istəyən var?

16 Avqust 2022 16:40 Zirə 1 535
“Zirə”yə lazım olmayan Təmkin Xəlilzadə və İlkin Muradovu istəyən var?

Dünən xəbər verdiyimiz kimi, “Zirə” iki futbolçusunu transferə çıxarıb.

Bunlar müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi İlkin Muradovdur.

Adıçəkilən oyunçular bu müddətdə əvəzedici komandada olacaqlar.

Klubun mətbuat xidməti baş məşqçi Rəşad Sadıqovun bu gözlənilməz qərarınının səbəblərini açıqlamayıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, sərt tədbirə səbəb Təmkinlə İlkinin Premyer Liqanın ilk 2 turunda potensiallarından qat-qat zəif təsir bağışlaması, məşqçilər korpusunun dəfələrlə etdiyi xəbərdarlığa rəğmən, bundan nəticə çıxarmamasıdır.

“Sabah”la qarşılaşma (1:3) səbr kasasını daşırıb. “Zirə” istənilən halda bu ikilini göndərməyə qərarlıdır.

Hətta onlara təklif gəlsə, “qartallar” keçidin rəsmiləşməsi üçün güzəştə də gedəcək. Yəni, qarşı tərəfən təzminat istənilməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti