
"Düşünürəm ki, kifayət qədər yaxşı oynamadıq. Özümüzü inkişaf etdirməliyik.
Burada problemlərimizi təhlil etməyəcəyəm. Bunu futbolçularla öz aramızda danışacağıq".
Sportinfo.az xəbər verir ki, bunu "Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Vladimir İviç evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı serbiyalı mütəxəssis matça yaxşı hazırlaşmadıqlarını bildirib:
"Oyunçularım sanki meydanda deyildilər. İlk görüşdəki qələbənin təsiri hiss olunurdu. Hələ yaxşılaşdıracağımız çox şey var".