“Neftçi” böyük klubdur, çox yaxşı futbolçuları var”

14:20 Zirə 767
“Neftçi” böyük klubdur, çox yaxşı futbolçuları var”

“Oyun çox çətin keçdi. “Neftçi” böyük klubdur.

Çox yaxşı futbolçuları var, xüsusən də hücum planında”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin qapıçısı Tiaqo Silva Misli Premyer Liqasının 17-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyun barədə danışarkən deyib.

O, 0:0-lıq heç-heçəni belə şərh edib:

“Neftçi” oyun ərzində çox fəal idi. Bəzi epizodlarda xeyli təzyiq göstərirdilər.

Buna baxmayaraq, biz də yaxşı oynadıq. Fərqlənmək üçün şanslarımız var idi.

Düşünürəm ki, bərabər səviyyəli oyun keçdi. Məncə, nəticə ədalətlidir”.

Portuqaliyalı qolkiper matçın sonlarında “Neftçi”nin yarımmüdafiəçisi Cordan Rezabalanın zərbəsinə əla reaksiya göstərməsini belə şərh edib:

“Təbii ki, komandamı qoldan xilas etdityim üçün şadam. Özü də matçın sonlarında.

Lakin bu, mənim işimdir. Tək mən yox, ümumiyyətlə komandamızda yaxşı nəticə qazanmaq üçün hamı əlindən gələni edirdi.

Oyunboyu diqqəti əldən vermədik. Müdafiədə demək olar ki, səhvsiz oynadıq.

Düşünürəm ki, “Zirə”nin müdafiə xətti çempionatda ən yaxşılardan biridir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti