"Zirə"də yeri məlum!

12 Sentyabr 2021 15:00 Zirə 860
"Zirə"də yeri məlum!

«Zirə» bu tur da xal itirsəydi…

Vəziyyət 180 dərəcə dəyişməsəydi, amma dəyişəkdi. Kollektiv üzərində basqı bir qədər də artacaqdı.

Anatolie Abanq topsuz epizodda lazımsız hərəkət edib qırmızı vərəqə almasaydı, hələ bilmək olmazdı ki, nəticə hansı hesaba gedib bağlanacaq.

«Keşlə»li hücumçunun rəqib müdafiəçinin qarın boşluğuna endirdiyi açıq dirsək zərbəsi tərəzinin bir gözünü «Zirə»yə tərəf əydi.

Qonaqlar ikinci hissənin ortasında 9 dəqiqəlik intervala iki qol vurana qədər meydanda başqa hadisələr də cərəyan etdi. Ev sahiblərinin bir zərbəsi tirdən döndü, daha 2-3 təhlükəli əks-hücumu son anda yarımçıq qırıldı.

«Zirə» 10 nəfərlə qalmış «Keşlə» önündə, türklər demiş, «açıq» verirsə… Bu, bir yerdə ürəyi ağııza gətirəcək. Təcili bir şeyləri yenidən tənzimləmək lazım. Gecikmədən, gün itirmədən.

Davit Volkovun varlığı «Zirə»nin üstünlüyüdür. Təbii, bir güllə bahar olmaz. Volkovun ətrafında gül-çiçək bağı salmaq gərəkmir.

Davit kimi qolun iyini hiss edən, sürətli keçid etməyi bacaran daha biri olsa, «Zirə» həyacan içində mübarizə aparmaz,

Qol yollarında əzabçəkici görüntü çizən bu komandada Kleso Baukun yeri məlum. Mozambikli hücumun mərkəzində və cinahlarda təhlükəli reydləri ilə diqqət çəkirdi, indi nə Ağabala Ramazanov bu boşluğu doldura bilir, nə də başqaları.

SPORTİNFO.AZ

Xəbər Lenti