“Zirə“də 2 illik müqavilə

30 Avqust 2021 09:00 Zirə 1 715
“Zirə“də 2 illik müqavilə

“Sabah”ın dünən yollarını ayırdığı Coşqun Diniyevin yeni klubu müəyyənləşib..

Müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən 26 yaşlı yarımmüdafiəçi karyerasını “Zirə“də davam etdirəcək.

O, qəsəbə təmsilçisi ilə 2 illik anlaşma imzalayıb.

Diniyev 2019-cu ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandada keçirdiyi 54 oyunda 2 qola imza atıb.

Yığmanıın sabiq baş məşqçisi Şahin Diniyevin kiçik oğlu olan Coşqunun Masazır komandasıyla müqaviləsi dekabrda bitəcəkdi.

Kontraktının uzadılmayacağını görən orta sahə oyunçusu Bakının bu başından o başına köç etməyi qərara alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!