“Keçmişdə buraxdığımız səhvlərin üzərində çalışdıq, indi tam hazırıq”

11 İyul 2024 12:40 Zirə 1 640
“Keçmişdə buraxdığımız səhvlərin üzərində çalışdıq, indi tam hazırıq”

"Zirə"nin kapitanı Qismət Alıyev Avropa Liqası I təsnifat mərhələsinin "Şerif"lə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi oyuna hazır olduqlarını bildirib:

"Təlim-məşq toplanışını çox yaxşı keçmişik. Keçmişdə buraxdığımız səhvlərin üzərində çalışırdıq.

Oyuna tam hazırıq. Rəqibi tanımağa çalışacağıq. İkinci oyun bizim üçün daha rahat olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA