Bu legionerlə danışıqlar bitdi, bu gün Azərbaycana gəlir

3 Mart 2021 17:00 Zirə 1 182
Bu legionerlə danışıqlar bitdi, bu gün Azərbaycana gəlir

«Zirə»nin Luis Bonqonqu ilə danışıqlar apardığını xəbər vermişdik.

Əldə etdiyimiz son məlumata görə, qəsəbə təmsilçisi artıq hücumameylli yarımmüdafiəçi ilə razılıq əldə edib.

28 yaşlı kamerunlu legioner bu gün Azərbaycana gəlməlidir. Onunla 3 aylıq müqavilə imzalanması nəzərdə tutulub. Bonqonqunun bu müddətdə çıxışı qaneedici olsa, kontraktı daha 1 il uzadılacaq.

Afrikalının son klubu İsraildə «Hapoel» (Hadera) olub. Fransada dünyaya gələn futbolçu «Sedan»ın yetirməsidir.

2008-ci ildə burada top oyununun sirlərini öyrənməyə başlayan Luis 5 il sonra «Paris» ilə anlaşıb. Paytaxtın eyniadlı təmsilçisinin əsas və əvəzedici heyətində çıxış edib.

Ardınca «Lens Herbiers»ə üz tutub. 2018-ci ildə Sloveniyaya yollanıb, 1 mövsüm «Slaven Belupa»nın şərəfini qoruyub. Növbəti ili də bu ölkədə – «Tabor Sezana»da keçirib.

2020-ci ildə İsraildən dəvət alan afrikalı legioner 1 il ərzində «Hapoel»in heyətində 18 oyuna çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti