Təcili əməliyyata alındı – Futbola bir də nə vaxt dönəcək?

28 Fevral 2021 09:40 Zirə 588
Təcili əməliyyata alındı – Futbola bir də nə vaxt dönəcək?

"Zirə"nin gürcüstanlı legioneri Davit Volkov dünən İstanbuldakı xəstəxanalardan birində əməliyyat olunub.

26 yaşlı forvardın əməliyyatı uğurlu keçib. O, martın 1-də Bakıya qayıdacaq.

Volkov "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XVII turunun oyununda zədələnib - sol çiyninin körpücük sümüyü sınıb.

Son turda komandasıına qələbə qazandıran hücumçu apreldən tez meydanda tər axıtmayacaq. O, ən yaxşı halda 1 aydan sonra fərdi şəkildə məşqlərə başlayacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti