"Zirə" xəstəxanadan ÜZÜCÜ XƏBƏR ALDI - FOTO

26 Fevral 2021 09:20 Zirə 1 371
"Zirə" xəstəxanadan ÜZÜCÜ XƏBƏR ALDI - FOTO

Azərbaycan Premyer Liqasının XVII turunun "Neftçi" ilə oyununda (1:0) zədələnən "Zirə"li Davit Volkovun durumuna aydınlıq gəlib.

Görüşün 77-ci dəqiqəsində rəqib komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək meydanı xərəkdə tərk edən gürcü hücumçu xəstəxanaya yerləşdirilib.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, MRT Volkovun sol çiyninin sındığını müəyyənləşdirib. O. yaxın günlərdə əməliyyata alnacaq.

Legionerin yaşıl sahələrə dönüşü qarşıdakı 2 aydan tez baş verməyəcək. Davit ən yaxşı halda 1, yaxud ayyarımdan sonra ərdi məşqlərə başlaya biləcək.

Digər Xəbərlər
Xəbər Lenti