Braziliyalı hücumçudan gələn cavab "Zirə"ni məyus etdi

22 Fevral 2021 11:40 Zirə 1 176
Braziliyalı hücumçudan gələn cavab "Zirə"ni məyus etdi

"Zirə" qış fasiləsində "Lvov"dan 6 aylıq icarəyə götürdüyü Filipe Paxtmandan üzücü xəbər alıb.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, müqavilə ilə Ukrayna klubuna məxsus braziliyalı hücumçu mövsümün qalan hissəsini buraxacaq.

Ötən həftəiçi məşqlərin birində ayağından zədə alan forvard Türkiyədə müayinədən keçib. Diaqnoz "sambaçı"nın zədəsinin ciddi olduğunu təsdiqləyib. Ola bilsin, tezliklə əməliyyata alınsın.

O, sonradan transfer hüququnun alınması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. 21 yaşlı cənubi amerikalı legionerin transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

"Zirə"nin baş məşqçisi Rəşad Sadqov "Keşlə" ilə qarşılaşmadan (2:2) sonra mətbuat konfransıında belə bir açıqlama vermişdi:

"Filipe 2 gün öncə məşqdə zədələnib. Sabah ya da birisigün onu İstanbula müayinəyə göndərəcəyik. Qəti fikir ondan sonra bilinəcək.

Əslində bu gün əsas heyətdə meydana çıxmalı idi. Təəssüflər olsun ki, futbolda belə hallar olur.

Gəncdir, böyük ümidlərlə transfer etmişik. Özü də məşqlərdə böyük istək göstərirdi.

Ümid edək ki, əməliyyata ehtiyac olmayacaq. Amma buradakı həkimlərin verdiyi ilkin rəy bizim üçün ürəkaçan deyil".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"