Azərbaycan yığmasının 2 üzvü karantinə alındı - FOTO

28 Mart 20:40 Voleybol 197
Azərbaycan yığmasının 2 üzvü karantinə alındı - FOTO

Voleybol üzrə Azərbaycan millisinin 2 üzvü karantinə alınıb.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İsraildə çıxış edən Yuliya Kərimova və Polşada legioner həyatı yaşayan Marqarita Əzizova ölkəmizə yeni qayıtdıqlarından qaydalara uyğun olaraq, təcrid olunublar.

Onlar müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evlərinə yollanacaqlar.

Bundan başqa, koronavirus pandemiyası səbəbindən ölkə xaricində çıxış edən Azərbaycan millisinin bəzi oyunçuları da artıq evlərinə dönüblər.

Dmitri Obodnikov Gürcüstana, Dmitri Baranov isə doğulduğu Rusiyaya qayıdıb. Kişilərdən ibarət millinin ölkəmizdə çıxış edən digər üzvləri isə Bakıdadırlar. Onların vəziyyəti yaxşıdır və milli komandanın həkimləri müntəzəm olaraq oyunçularla əlaqə saxlayırlar.

Qadınlardan ibarət milli komandanın üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək Bakıya qayıdıb və hazırda evindədir. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadır.

Ölkəmizdə çıxış edən yığmanın digər üzvləri isə hazırda Bakıda evlərindədirlər.

Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?