Fəaliyyətini dayandıran klublar federasiyanı çətin vəziyyətdə qoydu

27 Yanvar 02:00 Voleybol 804
Fəaliyyətini dayandıran klublar federasiyanı çətin vəziyyətdə qoydu

“Son günlər sosial mediada “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın”ın fəaliyyətlərinin dayandırılması ilə bağlı açıqlamalar verilib.

Buna baxmayaraq, klublar tərəfindən federasiyaya məlum məsələyə dair rəsmi müraciət olunmayıb”.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən bildirilib.

“Komandaların rəhbərlikləri dekabr ayında bizə oyunların təxirə salınması (müddət qeyd olunmayıb) ilə bağlı rəsmi məktub ünvanlayıblar.

Lakin klubların tam olaraq fəaliyyətlərinin dayandırılması və çempionatda iştirak etməyəcəkləri ilə bağlı federasiyaya rəsmi müraciət olunmadığından hazırda məsələyə rəsmi münasibət bildirə bilmirik”, - deyə qurumdan vurğulanıb.

Kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları maliyyə problemləri ucbatından fəaliyyətlərini dayandırıblar.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!