Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Macarıstan çempionatında bürünc medal qazanıb.
Sportinfo.az xəbər verir ki, onun komandası “Bekeşçaba” 3-cü yer uğrunda görüşdə “MAV Elöre”yə qalib gəlib - 3:2.
Marqarita Stepanenko bu mövsüm, həmçinin Macarıstan kubokunda gümüş medal əldə edib