
Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək qadın voleybolçular arasında Avropa Qızıl Liqası mərhələsində aşkar favorit olmayacaq.
Sportinfo.az xəbər verir ki, turnirin Bakıda keçirilən mərhələsində Macarıstan və Sloveniyaya eyni 0:3 hesabi ilə məğlub olan Azərbaycan yığmasının qarşıdakı oyunlardakı rəqiblərinin qələbə seriyası yoxdur.
Yunanıstana məğlubiyyətlə başlayan Slovakiya voleybolçuları daha sonra Xorvatiyaya qalib gəlib, Monteneqro isə Ukrayna və İspaniyaya uduzub.
Faiq Qarayevin yetirmələri iyunun 6-da Slovakiya, iyunun 7-də isə Monteneqro ilə qarşılaşacaqlar.