Avropa komandası Bakıya üç legioner gətirəcək

03:30 Voleybol 116
Avropa komandası Bakıya üç legioner gətirəcək

Mayın 30-31-də Bakıda keçiriləcək Avropa Qızıl Liqası yarışı üçün Macarıstanın qadınlardan ibarət voleybol yığmasına üç legioner cəlb olunub.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Alessandro Çiappini heyəti, əsasən, Macarıstan çempionatında çıxış edən oyunçulardan formalaşdırıb.

Bununla belə, Bakıya xaricdə çıxış edən voleybolçular da gələcək ki, onların arasında Almaniya liqasında oynayan hücumçular – Annet Nemet ("Potsdam") və Qreta Kiss ("Visbaden") də var.

Həmçinin Rumıniyanın “Luqoj” klubunda çıxış edən toppaylayıcı Fanni Bagenska da heyətə cəlb olunub.

Macarıstan yığması mayın 30-da Avropa Qızıl Liqasının ilk oyununda Azərbaycan komandası ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti