“İstədiyimiz oyunu göstərə bilsək, qalib gələ bilərik”

24 May 03:30 Voleybol 248
“İstədiyimiz oyunu göstərə bilsək, qalib gələ bilərik”

“Avropa Gümüş Liqasına hazırlıqlarımız davam edir".

Sportinfo.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov federasiyanın mətbuat xidmətinə açılamasında bildirib.

Mütəxəssis hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb:

"Oyunlarımızın başlamasına az vaxt qalıb. İlk oyunlarımız İsveç və Gürcüstan milliləri ilə səfərdə olacaq.

Rəqiblərimizi analiz etmişik. Düşünürəm ki, istədiyimiz oyunu göstərə bilsək, qalib gələ bilərik.

Əlbəttə, rəqiblərimiz arasında daha təcrübəli komandalar da var. Bu il heyətimizə təcrübəli oyunçularla yanaşı, gənclərimizi də cəlb etmişik.

Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk”.

Yığmamız ilk oyununu iyunun 6-da İsveçə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!