"Heyətimizə təcrübəli oyunçularla yanaşı, gəncləri də cəlb etmişik"

04:50 Voleybol 131
"Heyətimizə təcrübəli oyunçularla yanaşı, gəncləri də cəlb etmişik"

"Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı rəqibləri arasında təcrübəli komandalar da var".

Sportinfo.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Fərid Cəlalov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, turnirə hazırlıqlarının davam etdiyini söyləyib:

"Oyunlarımızın başlamasına az vaxt qalıb. İlk matçlarımız İsveç və Gürcüstan millilərinə qarşı səfərdə olacaq. Rəqiblərimizi təhlil etmişik. Düşünürəm ki, istədiyimiz oyunu göstərə bilsək, qalib gələ bilərik. Əlbəttə, rəqiblərimiz arasında daha təcrübəli komandalar da var. Bu il heyətimizə təcrübəli oyunçularla yanaşı, gəncləri də cəlb etmişik. Çalışmalıyıq ki, hər bir qarşılaşmada gözəl oyun göstərək və qalib gələk".

Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyununu iyunun 6-da İsveçə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti