Azərbaycanda bu federasiyanın Naxçıvan filialı yaradıldı

03:20 Voleybol 121
Azərbaycanda bu federasiyanın Naxçıvan filialı yaradıldı

Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı yaradılıb.

Sportinfo.az xəbər verir ki, bu günlərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yeni qurumun dövlət reyestrinə daxil edilməsi ilə bağlı qərar verib.

Qurumun əsas məqsədi Azərbaycan Voleybol Federasiyasının fəaliyyət istiqamətlərini əsas götürməklə Naxçıvan Muxtar Respublikasında voleybolu inkişaf etdirməkdən ibarət olacaq. Hazırda struktur və təşkilati məsələlərin həlli ilə bağlı işlər görülür.

2002-ci ildən fəaliyyət göstərən Naxçıvan Voleybol Federasiyası 2025-ci ilin fevralında ləğv olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi