
Yeni yaranan qadınlardan ibarət "DH Volley Baku"nun baş məşqçisi Fərid Cəlalov qarşıdakı hədəflərdən danışıb.
Sportinfo.az xəbər verir ki, o, yeni komandanın yaranmasının sevindirici hal olduğunu söyləyib:
"Klubun xeyli üzvü yerlidir. Gəncləri dəvət etməyi də düşünürük.
Hədəflərə gəlincə, istər oyunçular, istərsə də məşqçilər olsun, həmişə final oynamağı düşünürük. Sentyabrdan məşqlərə başlayacağıq.
Büdcə barədə bir söz deyə bilmərəm. Təbii ki, legionerlər də dəvət edəcəyik.
Bu, daha yaxşı oynamaq və gənclərin də onların yanında təcrübə qazanmaları üçün vacibdir".
Baş məşqçi hazırlıqların hansı zalda keçiriləcəyi barədə sualı da cavablandırıb:
"Məşqləri harda keçirəcəyimiz hələ tam dəqiqləşməyib. Bir neçə zalı nəzərdən keçiririk".
"DH Volley Baku" növbəti mövsüm Azərbaycan Yüksək Liqasında çıxış edəcək.