Azərbaycan klubunun italiyalı baş məşqçisindən AÇIQLAMA

25 Aprel 08:20 Voleybol 423
Azərbaycan klubunun italiyalı baş məşqçisindən AÇIQLAMA

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün qalibi olan "Azərreyl"in baş məşqçisi Paolo Tofoli çempionluğu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis "Abşeron"la ikinci final matçından sonra jurnalistlərə açıqlama verib.

O, ilk final matçında məğlubiyyətə baxmayaraq, çempion olacaqlarına inandığını söyləyib:

"Gözlənilən qələbə alındı. Komandada bəzi çətinliklər oldu. Qələbə münasibəti ilə kollektivi təbrik edirəm.

İlk oyunda 0:3 hesablı məğlubiyyətə baxmayaraq, qələbəyə inanırdıq. Bəzi təhlillər apardıq. Voıeybolda qələbəyə inanmaq lazımdır. Sona qədər mübarizə apardıq və qələbə qazandıq".

"Azərreyl" ikinci final matçında "Abşeron"u "qızıl set"də məğlub edərək Azərbaycan çempionu adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!